anadoluverumelimedya.com

Düşmənin bir neçə atəş nöqtəsi tutulub

“Hazırda cəbhədə baş verənlərlə bağlı erməni tərəfin yaydığı bütün xəbərlər təxribat xarakterlidir”.

Bunu Femida.az -a Müdafiə Nazirliyidəki etibarlı mənbədən bildiriblər.

Reklam alanı

Mənbə əlavə edib ki, cəbhədə baş verən atışma zamanı Azərbaycan tərəfin böyük artilleriya üstünlüyü nəticəsində erməni silahlı qüvvələrinə ağır zərbələr endirilib. Düşmənin bir neçə atəş nöqtəsi tutulub.

Aldığımız məlumatda erməni tərəfdən böyük itkilərin olduğu da deyilir.

***
Müdafiə Nazirliyinin rəsmi məlumatı: Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb

Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Miri Məcidli
Femida.az

About armadmin 9318 Artikel
Günlük olaylara toplum duyarlılığını yükseltebilmeyi umuyoruz.